Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp” istifadəçilərin olduğu yeri də göstərəcək

“WhatsApp” messenceri istifadəçilərin yerləşdiyi yer barədə canlı mübadilə funksiyasına malik olacaq.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, bu funksiya əlaqələr siyahısında olan abunəçilərin yerləşdiyi yerlər barədə operativ mübadiləyə imkan verəcək. 

“WABetaInfo” özünün “Twitter” səhifəsində “WhatsApp” messencerinin müəyyən abunəçinin yerləşdiyi yerlə bağlı məlumat mübadiləsini dəstəkləməyə başlamaq niyyətinin olduğu barədə məlumat bölüşüb. Belə bir qənaətə “Android” üçün nəzərdə tutulmuş beta yığmadan gəlinib. “WABetaInfo” hətta iOS və “Android” əməliyyat sistemləri üçün də belə bir skrinşotların nümayiş etdirilə bilinəcəyi imkanları təqdim edib.

Ancaq bu funksiya hələlik söndürülüb və onu aktiv etmək üçün seçimlərdə edilən dəyişikliklərdən sonra mümkün olacaq. “WhatsApp” əlavəsi bütün dünyada populyardır və bu səbəbdən tərtibatçılar hesab edir ki, belə funksiyanın tətbiq edilməsi dünyada milyonlarla istifadəçini sevindirəcək. Çünki belə imkanlar ünsiyyəti və insanların həyatını sadələşdirməyə yönəlib.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017