Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Viber"dən Trampın qara siyahısında olan ölkələrə zəng pulsuz olacaq

"Viber" messencerinin sahibi olan "Rakuten Inc." şirkətinin icraçı direktoru Xirosi Mikitani ABŞ prezidenti Donald Trampın immiqrasiya fərmanında adı keçən 7 ölkəyə zəngləri pulsuz edəcəklərini açıqlayıb.

 

İKT.lent.azın "Venture Beat"a istinadən xəbərinə görə, bu barədə məlumatı o, özünün Tvitter səhifəsində yerləşdirib.

 

O bildirib ki, hazırda ABŞ-da baş verənləri müşahidə etmək onun üçün çox kədərlidir, çünki özü Amerikaya 7 yaşı olarkən Yaponiyadan köçüb.

 

Xirosi Mikitani tezliklə "Viber"dən İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənə zənglərin pulsuz olacağını da vurğulayıb.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017