Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”da eyni anda bir neçə şəkil əlavə etmək mümkün olacaq

“Instagram” sosial şəbəkəsinin tərtibatçıları istifadəçilərin birdən-birə bir məlumatın içində bir neçə şəkli əlavə edə bilməsinə kömək edəcək yeni funksiyanın beta versiyasını təqdim ediblər.  

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumata görə, albomların əlavə edilməsi xəbər lentinin yüklənməsinin aşağı salınmasına imkan verəcək. 

Yeni funksiyanın fəaliyyəti haqqında hələlik dəqiq məlumat yoxdur. Məlumata çoxlu sayda şəkil əlavə etmək üçün “Instagram”da dərc etməmişdən əvvəl kursoru onların üzərində bir neçə saniyə saxlamaq lazım gələcək. İlkin məlumatlara görə, əlavənin dəqiq olaraq “Android” platforması istifadəçilərinin interfeysində istifadəsi mümkün olacaq. 

Alboma əlavə olunan hər bir şəkil ayrıca filtrlə müşahidə olunacaq. Hər bir şəklə həmçinin unikal yazı və ya həştəq əlavə etmək mümkün olacaq. Beta-versiyanın sınaqları əlavədə bir neçə qüsurları aşkar edib ki, onlar da düzəldilməlidir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017