Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Viber”də göndərilən məlumatlar özü silinəcək

“Viber” messencerində məlumatların qalma vaxtını müəyyənləşdirmək mümkün olacaq. 

İKT.lent.az-ın “hi-tech.mail.ru” saytına istinadən məlumatına görə, müddət başa çatdıqdan sonra messencer göndərilən məlumatları siləcək və daha göstərməyəcək. Funksiya aktualdır və ünsiyyətin təhlükəsizliyini artırır, cari məlumatlar barədə danışmaq çox rahatdır.

Bundan başqa, “Viber”ə video məlumatlar göndərmək imkanı da əlavə edilib. Video çarxın maksimal uzunluğu 30 saniyədir. Çəkilişə başlamaq üçün “Yazmaq” düyməsini sıxmaq lazımdır. Çəkilişi yekunlaşdırmaq və göndərmək üçün isə düyməni buraxmaq bəs edir. 

“Android” versiyaya həmçinin çatın təmizlənməsi funksiyasını da əlavə ediblər. Bununla belə, çatdakı bütün məlumatlar silinir, çat özü isə yenə də istifadəyə yararlıdır. 

iOS əməliyyat sistemli “Viber” üçün video və audio yazıları sıxılmadan göndərmək mümkündür. Həmçinin interaktiv xatırlatmalar da mövcuddur - çatda mövcud olan bütün yazılara məlumatlar haqqında bildirişləri sıxmaqla baxmaq mümkündür.

Yeni funksiyalardan istifadə etmək üçün “Viber” mobil əlavəsini sonuncu versiyaya qədər yeniləmək lazımdır. Təbii ki, əgər bu əlavə istifadəçinin telefonuna yüklənibsə. Bundan sonra, misal üçün, müsahibə bir neçə saniyədən sonra göstərmək istədiyiniz şəkli göndərərkən taymer düyməsinə sıxılır və şəklin itmə vaxtı seçilir. 

“Android” və iOS əməliyyat sistemləri üçün olan “Vider” əlavəsini “Google Play” və “App Store”dan pulsuz yükləmək mümkündür. 

Qeyd edək ki, İCQ messencerində “Tarixlər” funksiyası mövcuddur. Ayrıca lentdə şəkillər və qısa videolar yerləşdirmək mümkündür ki, onlar dərc ediləndən bir sutka sonra özləri avtomatik olaraq itəcəklər.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017