Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple Pay” “PayPal”ı keçdi  

“Boston Retail Partners” şirkətinin analitiklərinin keçirdiyi tədqiqata əsasən, “Apple Pay” ABŞ-da ödəniş xidmətləri arasında ən populyarı olub. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, hazırda bu ölkədə pərakəndə satıcıların 36 faizi kupertinyalıların xidmətini dəstəkləyir. Bundan öncə isə lider mövqeyini tutan “PayPal”ı 34 faiz dəstəkləyirdi.

Burada ancaq Şimali Amerikanın 500 aparıcı pərakəndə satış müəssislərindən əldə edilmiş məlumatlar nəzərə alınıb. ABŞ kimi bir dövlət üçün bu o qədər də geniş sorğu deyil. Bu üzdən “Apple”in ABŞ-ın ən iri ticarətçiləri arasında lider olduğunu demək daha dəqiq olardı.

Rəyi öyrənilən “Apple Pay” ödəniş sistemini dəstəkləməyən 22 faiz ticarətçi bildirib ki, bu il ərzində vəziyyəti dəyişmək niyyətindədirlər. Daha 11 faiz isə üç il ərzində bunu etməyi planlaşdırır. Rəyi öyrənilənlərin 31 faizinin isə hələlik buna bənzər planları yoxdur - gözləməyi və baxmağı üstün bilirlər.

Müqayisə üçün bildirək ki, “Android Pay”ı rəyi öyrənilən satıcıların 24 faizi dəstəkləyir. Onlardan 18 faizi son bir ildə, 13 faizi isə 3 il ərzində bu ödənmiş sistemini dəstəkləyib. “Samsung Pay”ının göstəriciləri isə müvafiq olaraq 18 faiz, 11 faiz və 7 faiz təşkil edir.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017