Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nintendo Switch” oyun konsolunun videoicmalı yayıldı -

“Nintendo” şirkəti özünün yeni oyun konsolu “Nintendo Switch”ın videoicmalını yayıb.

 

İKT.lent.az-ın BGR saytına istinadən verdiyi xəbərə görə, oyun martın 3-də eyni anda bütün dünyada istifadəçilərin ixtiyarına veriləcək.

 

Videoda oyun konsolunun xüsusiyyətlərindən – təkmilləşdirilmiş vibrasiya xidməti, İR-kamera və “JoyCon” coystiklərindən bəhs olunur.

 

“Nintendo Switch” artıq Tokioda keçirilmiş rəsmi tədbirdə təqdim edilib. Təqdimatda yaradıcılar bildiriblər ki, cihaz öz universallığı ilə seçilir. Belə ki, o, həm televizora qoşula bilən masaüstü oyun stansiyası kimi, həm də portativ şəkildə fəaliyyət  göstərə bilər.  

 

“Nintendo Switch”ın qiymətinin 299 dollar olacağı gözlənilir.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017