Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Nokia” proqram təminatı tərtibatçısını alır

“Nokia” şirkətinin rəhbərliyi “Comptel” tərtibatçı şirkətini satın almaq imkanlarını nəzərdən keçirir. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumata görə, bu şirkətin əldə edilməsinə 347 milyon avro xərclənəcək. 

Belə bir alış nəticəsində şirkət özünün proqram məhsullarının yaradılması və satışı üzrə müstəqil biznesini yaratmağa ümid edir. Bu barədə “Nokia”nın rəsmi şəxsləri də məlumat veriblər.

Xarici xəbər mənbələrində bildirilir ki, cari ayın sonunda “Nokia” tender elan edəcək. Bu tender 4 həftə davam edəcək. Bu isə o deməkdir ki, Finlandiyanın tərtibatçı “Comptel” şirkətinin əldə edilməsi ilə razılaşma ən yaxın vaxtlarda baş tuta bilər.

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017