Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” gəlirlərini artırsa da, hələ də ziyanla işləyir

“Twitter” şirkəti 2016-cı maliyyə ilinin dördüncü rübü və ümumilikdə bütün il üçün hesabatını dərc edib. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, rübün nəticələrinə əsasən, şirkətin gəlirləri 717 milyon dollar olub ki, bu da illik nisbətdə 1 faiz artım deməkdir. Bir il ərzində şirkət 2,53 milyard dollar gəlir əldə edib ki, bu da daha əvvəlki illə müqayisədə 14 faiz çoxdur.

Buna baxmayaraq, şirkət ziyanla işləməkdə davam edir. Rübün nəticələrinə görə, şirkətin xalis ziyanı bir il əvvəlki 90 milyon dollara nisbətdə 167 milyon dollar olub. Bütün ilin nəticələrinə görə, ziyanın dəyəri 457 milyon dollar olub ki, 2015-ci ildə bu rəqəm 521 milyon dollar təşkil edib.

Ötən rüb aylıq aktiv istifadəçilərin sayı 319 milyon nəfər təşkil edib. Bu isə daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Onlardan 83 faizi mobil cihazların istifadəçilərinin payına düşüb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017