Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook Lite” istifadəçilərinin sayı 200 milyon nəfəri keçdi

İki il öncə “Facebook” şirkəti “Facebook Lite” mobil əlavəsini təqdim edib. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumata görə, bu mobil əlavə qənaətcil smartfonlarda sosial şəbəkədən istifadə etmək üçün nəzərdə tutulub.

Bu əlavə böyük həcmdə trafik tələb etmir və ləng 2G şəbəkələrində olduqca sürətli işləyir. 3G və 4G şəbəkələrinin inkişafına, həmçinin yeni əlçatan smartfonların yaranmasına baxmayaraq, “Facebook Lite”in populyarlığı artmaqda davam edir.

“Facebook” şirkətinin rəhbəri Mark Zukerberq bildirib ki, “Facebook Lite”in fəal istifadəçilərinin sayı 200 milyon nəfəri ötüb. Son bir il ərzində “Facebook Lite”in istifadəçi bazası iki dəfə artıb.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017