Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp” akkauntların müdafiəsi funksiyasını işə saldı

“WhatsApp” proqramı istifadəçilərə öz məlumatlarını daha güclü müdafiə etməyə imkan verəcək funksiyasını işə salıb.


İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, tərtibatçılar bildirir ki, təklif ayarlar bölməsindən qoşulur.


Artıq “WhatsApp” istifadəçiləri özləri haqqında məlumatları daha diqqətlə saxlaya biləcəklər. Bu, ikisəviyyəli avtorizasiya qoşulan andan işə düşəcək. Sistem telefon nömrəsini təsdiqləməyi istədiyi əməliyyatdan sonra proqram kod istəyəcək. 

 

Sözügedən funksiyanı aktivləşdirmək üçün istifadəçinin sazlamalarında "Hesab" ("Akkaunt") → "İki mərhələli autentifikasiya" ("Dvuxşaqovaya proverka") daxil olmaq lazımdır. Hesab sahibi 6 rəqəmli şifr yaratmalıdır. Giriş üçün "PIN" kod unudulduğu halda, onu elektron ünvanın köməyi ilə bərpa etmək olar.


Həmçinin messencer mütləq halda elektron ünvanı istəyəcək ki, istifadəçi kod şifrəni itirdiyi halda, “WhatsApp” özü onu istifadəyə göndərəcək. Əgər elektron ünvan bu sosial şəbəkədə qeydiyyata alınmayıbsa, istifadəçi öz akkauntuna ancaq bir həftədən sonra giriş əldə edə biləcək. 

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017