Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xbox One” cihazı üçün ən çox satılan oyunların adları məlum oldu

Ümumdünya şəbəkəsində “Xbox One” oyun cihazı üçün ötən ilin ən populyar video oyunlarının reytinqi dərc edilib. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə qərbin ixtisaslaşdırılmış KİV-ləri məlumat dərc edib. 

Əldə edilmiş məlumatlara əsasən, satışda ən populyar oyun Birinci Dünya müharibəsindən bəhs edən “Battlefield” olub. Bu oyun 4,32 milyon nüsxə satılıb. İkinci yeri 3,96 milyon nüsxə ilə “Call of Duty: Infinite Warfare” oyunu tutub. Üçüncü yerdə isə 3,63 milyon nüsxə ilə “FİFA 17” idman simulyatoru qərarlaşıb. 

Reytinqin dördüncü yerində “Gears of War” oyunu yerləşib. Bu oyun 2,66 milyon ədəd tirajla satılıb. Sonrakı yerləri isə 2,41 milyon nüsxə ilə “The Division” və 2,02 milyon nüsxə ilə “Madden NFL 17” oyunları tutur.
 
Söz düşmüşkən, “Microsoft” korporasiyası ötən il 8,31 milyon ədəd “Xbox One” oyun avadanlığının satışının həyata keçirilməsinə nail olub. 

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017