Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter”in analoqu orijinalından baha oldu

ABŞ “Twitter”inin analoqu olan Çinin “Weibo” sosial şəbəkəsi məşhur orijinalından daha baha qiymətə olub. 

İKT.lent.az-ın “Bloomberg” agentliyinə istinadən məlumatına görə, ABŞ-ın “Twitter” sosial şəbəkəsinin oxşarının tərtibatı ilə məşğul olan “Weibo” şirkətinin kapitallaşması orijinalının göstəricilərini üstələyib. 

Şirkət nümayəndələrinin məlumatlarına əsasən, sosial şəbəkədən gələn gəlirlər 11,3 milyard dollara qədər artıb. Bu isə “Twitter” sosial şəbəkəsinin gəlirlərindən 200 milyon dollar çoxdur. 

Bundan başqa, “Twitter” sosial şəbəkəsinin səhmləri dəyər itirməkdə davam edir. “Twitter”in rəsmi maliyyə hesabatına əsasən, şirkətin gəlirləri 11,1 milyard dollar təşkil edib.

Xatırladaq ki, Çinin “Weibo” sosial şəbəkəsi 2009-cu ildə fəaliyyətə başlayıb və ABŞ-ın “Twitter” sosial şəbəkəsinin əsl oxşarıdır. 2014-cü ildə ilk səhm yerləşdirməsindən sonra “Weibo” şirkətinin kapitallaşması 3,4 milyard dollara bərabər idi. Bu zaman internet nəhəngi “Twitter”in kapitallaşması isə 26,5 milyard dollara bərabər olub.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017