Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Skype"ın rəqibi yaradıldı -

“Amazon” şirkəti səs, videozəng və messencer funksiyalarını birləşdirən “Chime” proqramını istifadəyə verib.

 

İKT.lent.az-ın “hitech.vesti.ru” saytına istinadən xəbərinə görə, yeni proqramın hədəfi istifadəçilər arasında ünsiyyəti asanlaşdırmaqdır.


“Chime” proqramı korporativ bazar üçün nəzərdə tutulub. “Amazon”un rəsmisi məlumat verib ki, tamamilə “sıfırdan” yaradılmış bu proqram mobil qurğu və stasionar kompüterlər arasında asanlıqla qoşulmağa imkan verir. Çat sənədlərin bərkidilməsi funksiyasına da malikdir.


“Chime” proqramı “Android” və “iOS” sistemi ilə işləyən qurğularda, həmçinin “Mac” və “Windows” kompüterlərində əlçatandır. 30 gün ərzində proqramdan istifadə pulsuzdur, bundan sonra tarif planı müəyyən etmək lazım gələcək. Ekranın iki hissəyə bölünməsi funksiyası dəstəklənməyən və 2 iştirakçı üçün baza versiyası (“Basic Edition”) pulsuzdur. “Plus Edition” versiyası hər bir yeni istifadəçi üçün aylıq 2.50 dollara başa gələcək. “Chime”ın bütün funksiyalarını əks etdirən “Pro Edition” versiyası 15 dollardır.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017