Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei” “Siri”yə rəqib yaradır

Çinin texnologiya nəhəngi “Huawei” şirkətinin rəhbərliyi özünün rəqəmsal köməkçisinin yaradılması imkanlarına baxır. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bununla da ABŞ-ın “Siri” şirkətinin yaxın zamanlarda rəqibi ola bilər.

Mənbə bildirir ki, bununla bağlı müəyyən işlər artıq artıq başlayıb. Bunu həmçinin “Huawei” şirkətinin rəqəmsal köməkçisinin yaradılması prosesinə yüzdən artıq mütəxəssisin cəlb etməsi faktı da təsdiqləyir. 

Təxmin edilir ki, “Huawei” ilk növbədə “Siri”nin rəqibini Çin istifadəçiləri üçün tərtib edir. Sistem istifadəçilərlə yerli dildə ünsiyyət quracaq və onun daxili bazardan kənara çıxa biləcəyi məlum deyil. 

Bu arada şayiələr ondan xəbər verir ki, “Huawei”in rəqəmsal köməkçisi Çində qalacaq. Ölkədən kənarda isə şirkət “Google” və “Amazon” şirkətlərinin xidmətləri ilə qarşılıqlı əməkdaşlıq edəcək. 

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017