Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Virtual “Geyim otağı” yaradıldı

ABŞ-ın “Gap Inc.” şirkəti “Geyim otağı” (“DressingRoom”) əlavə reallıq proqramını yaradıb.

 

İKT.lent.az-ın innotechnews.com saytına istinadən məlumatına görə, virtual ölçmə proqramı “Google” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

 

Onlayn-ölçmə üçün istifadəçidən yalnız öz çəki və boy parametrlərini smartfona daxil etmək tələb olunur. Sonra proqram bu məlumatlar əsasında seçilmiş geyimin istifadəçiyə uyğun olub-olmadığını müəyyənləşdirir.

 

Ölçmənin nəticəsi istifadəçini təmin edərsə, proqram vasitəsilə həmin geyimi əldə edə biləcək. “DressingRoom” proqramı yalnız "Google Tango" platforması olan smartfonlarda dəstəklənəcək ki, bu da hələ ki, "Lenovo Phab2 Pro"-da mümkündür.

 

“Gap” şirkətinin biznesin inkişafı və strategiyası üzrə vitse-prezidenti Cil Krakovun sözlərinə görə, “DressingRoom” yalnız ticarətin stimullaşdırılması yollarından biridir.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017