Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Polis qadın və uşaqları təcavüzkarlardan qoruyacaq mobil əlavə yaratdı 

Yaponiya polisi qadın və uşaqları təcavüzkarlardan qorumağa kömək edəcək “Mimamotchi” adlı mobil əlavə yaradıb. 

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumata görə, hüquq-mühafizə orqanlarının belə bir addımın atmasına səbəb son zamanlar Fukuoka prefekturasında təcavüz hallarının artması olub. 

Yaponiya mətbuatı bildirir ki, ötən il yuxarıda adı çəkilən bölgədə təxminən 435 ədəd seksual xarakterli cinayət baş tutub. Bu isə Fukuokanı planetin bütün digər regionları arasında altında mövqeyə çıxarıb. Bununla əlaqədar olaraq polislər “Mimamotchi” əlavəsini yaratmalı olublar.

Proqram son 12 ay ərzində bütün təcavüz aktları barədə məlumatları təhlil edir və ən təhlükəsiz yolu göstərir. Pulsuz yenilik artıq “Google Play” və “App Store” onlayn mağazalarında mövcuddur, ancaq roqram Fukuoka daxilində fəaliyyət göstərir. 

Əhalinin məlumatlandırılması məqsədilə polislər regionun təhsil ocaqlarında olublar və “Mimaotchi” əlavəsinin fəaliyyəti barədə danışıblar.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017