Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“WhatsApp”da yeni funksiya! -

 

“WhatsApp” messencerində “Status” adlı yeni funksiya istifadəyə verilib. Bu funksiya “Instagram”, “Facebook” və digər sosial şəbəkələrdəki “Stories” xidmətini xatırladır və öz-özünə silinən paylaşımlar etməyə imkan verir.

 

İKT.lent.az-ın “TechCrunch”a istinadən verdiyi məlumata görə, “WhatsApp”da 24 saat sonra avtomatik silinəcək fotolar, videolar və GİF-fayllar yerləşdirmək olacaq. Funksiya messencerin təhlükəsizlik sistemi tərəfindən qorunacaq. İstifadəçi paylaşımını kimlərin görə biləcəyini özü müəyyən edəcək.

 

Tərtibatçılar bildirib ki, proqram artıq məxfilik funksiyalarını da dəstəkləyəcək. Belə seçimlər hər bir istifadəçiyə müəyyən insanların dairəsini seçməyə imkan verəcək. Bu isə həmin istifadəçilərin gündəlik həyatınız barədə tez bir zamanda məlumat almasına imkan verəcək.

 

“WhatsApp”ın rəhbəri Yan Kum bildirib ki, yenilikdə məqsəd istifadəçilərin baş verənlər barədə öz dostlarını məlumatlandırmasına şərait yaratmaqdır. 

 

Yaxın vaxtlarda yeni xidmət messencerin “iOS”, “Android” və “Windows Phone” versiyalarında əlçatan olacaq.

 

Hazırda “WhatsApp”ın auditoriyası 1,2 milyard nəfər təşkil edir. Hər gün messencer vasitəsilə 60 milyard məlumat, o cümlədən 3,3 milyard foto, 760 milyon video və 80 milyon GİF-fayl ötürülür.

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017