Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“VKontakte”nin gəlirləri iki dəfə artıb

“Mail.Ru Group” şirkəti “VKontakte” sosial şəbəkəsinin ümumi gəlir məbləğini açıqlayıb.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, Rusiyanın populyar sosial şəbəkəsinin məxsus olduğu “Mail.Ru” holdinqinin nümayəndələri bildirib ki, ötən il ərzində “VKontakte”nin gəlirləri 2 dəfə artaraq 8,9 milyard rubl və 153 milyon dollardan çox təşkil edib.

Bununla belə, şirkət qeyd edib ki, sosial şəbəkənin vergilər və digər xərclər çıxıldıqdan sonra əldə qalan mənfəətinin (EBİTDA) göstəricisi 5,3 milyard rubl və ya 91 milyon 160 min dollar olub. Holdinqin nümayəndələrinin sözlərinə görə, bu, 2015-ci ildə qeydə alınan göstəricidən 3 dəfə çoxdur. 2016-cı ildə EBİTDA üzrə sosial şəbəkənin rentabelliyi təxminən 60 faiz təşkil edib ki, 2015-ci ildə bu rəqəm 40 faiz göstəricisini keçmirdi.

“2014-cü ilin sentyabrında “VKontakte”nin qalan 48,01 faizini də əldə edərkən biz bildirmişdik ki, növbəti 3 il ərzində şirkətin gəlirləri ən azı iki dəfə artacaq. Bu nailiyyətə biz artıq iki il ərzində çatmışıq”, - deyə holdinq əməkdaşları vurğulayıblar. 

Şirkət bildirir ki, növbəti iki il ərzində saytın gəlirləri daha iki dəfə də artacaq. 

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017