Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Asus” planşet istehsalını azaldır, satış bazarlarını bağlayır 

“Asus” şirkəti planşetlərin istehsalını azaldacaq, həmçinin onların satış bazarlarını bağlayacaq.

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, bu barədə konsernin rəhbəri Cerri Şen məlumat verib.  

Şirkət rəhbərliyi bildirib ki, gələcəkdə planşet bazarının istehsal həcmlərini artırmaq niyyətində deyil. Bundan başqa, onların sayı ciddi olaraq azaldılacaq. 

Həmçinin tanınmış brend məhsullarının əksər satış bazarlarını bağlayacaq. Bundan əvvəl də planşet cihazlarının tərtibatı ilə məşğul olan “Asus” əməkdaşlarının böyük hissəsi gələcəkdə mobil telefonların və digər virtual reallıq cihazları elektronikası tərtibatına yönəldiləcək. 

Planşet istehsalının azalması hələ ötən il qeydə alınıb. Direktor Cerri Şenin sözlərinə görə, bu proses şirkət tərəfindən qabaqcadan planlaşdırılıb və əsas diqqəti istehlakçılar tərəfindən daha tələbli olan yeni mobil və elektron avadanlıqlarının istehsalına yönəltmək lazımdır. 

“Asus” şirkəti özünün məhsul çeşidini genişləndirmək niyyətindədir, bazara daha yeni və müasir texnika çıxarmaq istəyir. Məhz bu, şirkətə daha çox gəlir gətirəcək. Statistiklərin məlumatına görə, 2016-cı ildə bazara 3,3 milyon nüsxə “Asus” tərəfindən istehsal edilmiş planşet çıxarılıb. Eyni zamanda 2015-ci ildə bu göstərici 5,9 milyon nüsxə olub. Cəmi iki il ərzində şirkət 12 milyon ədəd planşet cihazı istehsal edib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017