Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” yeni messencer yaratdı

Dünyaca populyar “Microsoft” şirkətinin nümayəndələri yeni messencer istehsal etdiklərini elan ediblər.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, yeni “Kaizala” əlavəsi telefon nömrəsi vasitəsilə fəaliyyət göstərir və “WhatsApp”la “Telegram”a rəqib olub. 

“Kaizala”nın çatlarında istifadəçilər üçün açıq olan bir çox müxtəlif funksiyalar mövcuddur. Belə ki, yeni əlavədə məlumatlar göndərmək, öz xəbərləri ilə bölüşmək, digər istifadəçilərə iş vakansiyaları təklif etmək, həmçinin işədüzəlmə proseslərini izləmək mümkündür.

Bundan başqa, istifadəçilər yerləşdikləri yeri göstərməklə öz şəkillərini dərc edə, şəkildəki dostları və həmkarlarının yerləşdiyi yerləri də soruşa bilərlər. Həmçinin müxtəlif mövzularla bağlı sorğular yaratmaq mümkündür.

“Kaizala” əlavəsini artıq indidən iOS, “Windows 10” və “Android” kimi daha çox populyar platformalarda istifadə etmək mümkündür. Qeyd edilir ki, artıq “Kaizala” “Microsoft” şirkəti tərəfindən təqdim edilən dördüncü messencerdir.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017