Bu bölmə Bakcell tərəfindən təqdim olunur

33 messenceri və sosial şəbəkələri özündə birləşdirən xidmət yaradıldı

Avstriyalı İT mütəxəssisləri onlayn məlumatların qəbulu üzrə universal xidmət yaradıblar. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, o, bütün messencerlərlə işləyir.

XXI əsrdə kommunikasiya rabitəsi yeni səviyyəyə keçib. Bunun nəticəsidir ki, insanlar müxtəlif sosial şəbəkələrdə kütləvi halda qeydiyyatdan keçir, bütün dünya üzrə pulsuz danışmağa imkan verən əlavələr yükləyirlər. Bunun nəticəsində istifadəçilər özləri kommunikasiya əlaqəsində batmağa başlayırlar.

Onlar üçün xüsusi olaraq avstriyalı İT mütəxəssisləri özlərinin “Franz” adlanan yeni məhsullarını təqdim ediblər. Bu xidmət özündə 33 messenceri və sosial şəbəkələri birləşdirir. O, “Windows”, “Linux” və “Mac” platformalarında çalışır. Bundan başqa, proqramın funksionallığı biznes konfransların yaradılmasına da imkan verir.

LENT

25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017