Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Nadir Əliyev: "Biznesimizin rabitə ehtiyaclarını “Bakcell Business” sayəsində qarşılayırıq" - MÜSAHİBƏ -

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin bütün ölkə ərazisində müxtəlif sənaye sahələrində fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilatın ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq təqdim etdiyi “Bakcell Business” korporativ tariflərindən hal-hazırda 1.7 milyondan artıq abunəçi faydalanmaqdadır.

 

Ölkənin tikinti sektorunun mühüm iştirakçılarından biri olan "AIKON Construction" şirkətinin Maliyyə direktoru Nadir Əliyev İKT.lent.az-a müsahibəsində “Bakcell Business” barədə fikirlərini paylaşıb.

 

- Gündən-günə gözəlləşən paytaxtımızda inşa edilən füsünkar tikililər sırasında "AIKON Construction" şirkətinin uğurlu layihələrinə çox rast gəlmək olar. Qısa zaman ərzində bir çox layihələrə imza atmısınız. Bu uğurun bünövrəsi nədir?

 

- 2008-ci ildən fəaliyyətə başlayan "AIKON Construction" şirkəti qısa bir zaman ərzində müxtəlif sahələrdə mühüm tikinti layihərinə uğurla imza atıb. Bunların arasında ADA Universiteti, Bakı İdman Sarayı, Muğam Mərkəzi, Paşa Bank, Xalça Muzeyi və digər füsunkar tikililəri sadalamaq olar. 100 faiz Azərbaycan kapitalına malik olan "AIKON Construction" öz fəaliyyət müddətində ölkənin tikinti sektorunun ən etibarlı və dayanıqlı şirkətlərindən birinə çevrilib. Bu nailiyyətlərimiz ilk növbədə şirkətimizdə çalışan təcrübəli və bacarıqlı əməkdaşlarımızın uğurlu fəaliyyətinə əsaslanır. Bütün layihələrimiz müştərilərimizin təhlükəsizlik, keyfiyyət, funksionallıq və estetika üzrə gözləntilərini nəzərə alaraq böyük məmnuniyyətlə icra edilir.

 

- Mobil rabitə biznesinizdə hansı rol oynayır?

 

- Gördüyümüz işlər eyni zamanda müxtəlif məkanlarda həyata keçirildiyindən keyfiyyətli və etibarlı rabitəyə olan ehtiyacımız çox böyükdür. Şirkətdaxili yazışmalarımız, hesabatlar və əlbəttə danışıqlar əsasən mobil cihaz vasitəsilə həyata keçirilir.

 

- “Bakcell”in təqdim etdiyi xidmətlər sırasında gözləntilərinizi ən çox qarşılayanı hansıdır?

 

- “Bakcell Business” sayəsində biznesimizin rabitəyə olan ehtiyaclarını etibarlı və sərfəli şəkildə qarşılayırıq. “Bakcell”in təqdim etdiyi yüksəksürətli mobil interneti də xüsusilə qeyd etmək istərdim. “Bakcell”in 4G mobil interneti həqiqətən çox sürətlidir. 

 

Hazırkı iqtisadi durumda rabitəyə olan xərclərinizə qənaət etmək barədə düşünürsünüzmü?

Bakcell tərəfindən şirkətimiz üçün xüsusilə ayrılmış kurator rabitəyə olan xərclərimizin optimallaşdırılması məqsədilə düzgün tarif seçməyimizə daim dəstək olur, nadir hallarda qarşılaşdığımız problemlərin təxirəsalınmaz qaydada aradan qaldırılmasında əvəzolunmaz dəstək göstərir. Nəticədə həm vaxtımıza həm də ki, pulumuza qənaət etmiş oluruq. Bizim peşəkar əməkdaşlarımıza qalan isə yüksək keyfiyyətli rabitədən maksimum şəkildə faydalanmaqla müştərilərimizin şirkətimizdən olan gözləntilərini istənilən vaxt və istənilən yerdə həyata keçirməkdir.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017