Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Forbes” runetin ən bahalı şirkətinin adını açıqladı

Rusiyanın “Yandeks” korporasiyası Rusiya internet məkanında (runet) ən varlı şirkət adını qazanıb.

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, bu barədə bu gün “Forbes” jurnalı rəsmi açıqlama yayıb. 

Ötən ilki reytinqin qalibi “Mail.Ru Group” şirkəti öz mövqelərini “Yandeks”ə verib. Bu sahənin maliyyə mütəxəssisləri “Yandeks”i 7,6 milyard dollar dəyərində qiymətləndiriblər. “Mail.Ru Group” şirkətinin ümumi dəyəri isə 4 milyard dollar olub. 
 
Üçüncü yerdə “Avito” şirkəti qərarlaşıb ki, onun da bazar qiyməti 2,54 milyard dollar qiymətləndirilir. 
 
Ötən il ərzində “Yandeks” korporasiyası unikal texnologiya və eksklüziv tətbiqlər sayəsində öz təsirini genişləndirə bilib. “Forbes” mütəxəssisləri qeyd edirlər ki, məhz reklam Rusiyadan olan nəhəngin üçüncü rübdəki gəlirlərinin 95 faizini əldə etməyə səbəb olub. Bu, şirkət üçün də rekord göstərici olub. 

LENT

27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017