Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən yaxın tualeti tapmağa imkan verən mobil əlavə yaradıldı

Yaponiyada ən yaxın boş tualeti tapmağa imkan verən mobil xidmət yaradılıb. 

İKT.lent.az-ın “Mashable” nəşrinə istinadən məlumatına görə, mobil xidmət Yaponiyanın telekommunikasiya nəhəngi KDDİ şirkəti tərəfindən tərtib edilib. 

Xidmət kabinələrin qapılarındakı sensorların göstəricilərini əldə edərək əşyaların internetindən istifadə edir. İstifadəçilərə vəziyyət real vaxt zamanında yenilənir və mobil əlavə istifadəçilər üçün əlçatandır.

Tərtibatçıların sözlərinə görə, əlavə tualet boşalana qədər vaxt itirməyə imkan verməyəcək və ən yaxın boş tualeti müəyyən edərək göstərəcək.

Yeri gəlmişkən, həmin bu sensor binanın inzibatçısını da tualetin 30 dəqiqədən çox məşğul olduğu halda məlumatlandıracaq. Bu da ora girənin vəziyyətinin heç də yaxşı olmadığı barədə siqnal ola bilər.

Tərtibatın tətbiqinə martdan başlanacaq. İlkin mərhələdə xidmət ofis binalarında istifadəyə veriləcək. Təcrübə müsbət olsa, yenilik ictimai yerləri, yəni stadion, dəmir yolları stansiyaları və ticarət mərkəzlərini də əhatə edəcək. 

KDDİ-nin perspektivində daha bir neçə xidmətlərin də təşkili durur. Bura su çəkmək düyməsinin idarə olunması, insanın tualetdə keçirdiyi vaxtdan asılı olaraq təmizləmək üçün nə qədər lazım olan suyun miqdarının müəyyən edilməsi də daxildir. 

LENT

26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017