Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2016-cı ildə 35 milyon ədəd “Nokia” telefonu satılıb

Əgər düşünürsünüzsə ki, adi mobil telefonlar keçmişdə qalıb, onda siz olduqca yanılırsınız. 

İKT.lent.az-ın “iLenta.com” saytına istinadən məlumatına görə, adi düyməli telefonların satış həcmi smartfonlardan üstün olması bunu sübut edir. Həmçinin o fakt da maraqlıdır ki, 2016-cı ildə 35 milyon ədəd adi “Nokia” telefonunun satışı həyata keçirilib.

Ötən ilin dekabr ayında “Nokia” brendinin istifadə edilməsi hüququ əldə edən “HMD Global” şirkəti artıq “Nokia 150” və “Nokia 150 Dual SIM” adlanan yeni sadə telefonlar istehsal edib. 

2016-cı ildə “Microsoft” və “HMD Global” şirkətləri birlikdə ümumilikdə 35 milyondan artıq adi “Nokia” telefonlarının satışını həyata keçirə biliblər. Bir il öncə isə Finlandiya brendi altında 93 milyon ədəd telefon satılıb.

35 milyon ədəd “Nokia” telefonu isə 2016-cı ildə satılan ümumi telefonların 8,9 faizini təşkil edir. Ancaq bununla belə, bu, ikinci nəticədir. Çünki bu seqmentdə lider “Samsung” şirkətidir ki, 52 milyon sadə telefon satıb və bazarın 13,2 faizinə sahib olub. Onlardan sonra üçüncü yeri “TCL-Alcatel” şirkəti tutub ki, o da 28 milyon ədəd telefon satıb və bazarın 7 faiz payına sahib olub.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017