Bu bölmə Bakcell tərəfindən təqdim olunur

İşıqsaçan smartfon təqdim olundu -

Barselonada keçirilən “MWC 2017” sərgisində “Alcatel” şirkəti arxa paneli işıq saçan qeyri-adi smartfon təqdim edib.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi məlumata görə, smartfonun işıqsaçan hissəsi “Color Catcher 2.0” əlavəsinin köməyi ilə qurulur və idarə olunur. Bunun sayəsində smartfon sahibi öz rəngli musiqi rejimini yarada, rejimlər arasında “gəzə” və digər funksiyalar yerinə yetirə bilər.   

 

Smartfonun digər xüsusiyyətlərinə gəlincə, onlar sadədir – 5,2 ekran ölçülü İPS-displey (720x1280 piksel), 8 meqapiksel əsas kamera və 5 meqapiksel ön kamera. Smartfon “MediaTek MT6753” prosessoru ilə təchiz olunub. Operativ yaddaş 2 Gb, daxili yaddaş 16 Gb-dir. Akkumulyatorun həcmi 2800 meqa Amper saatdır.

 

Cihaz “Android 6.0 Marshmallow” əməliyyat sistemi bazasında çalışır. Qiymət barədə məlumat verilməyib.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017