Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2016-cı ilin ən yaxşı smartfonu “Samsung Galaxy S7 Edge” elan edildi

Barselonada keçirilən “Mobile World Congress 2017” sərgisi çərçivəsində hər il həyata keçirilən “Glomo Awards 2017” mükafatının təqdim edilməsi mərasimi baş tutub.


İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, mobil cihazlar kateqoriyasında 2016-cı ilin ən yaxşı smartfonu “Samsung Galaxy S7 Edge” elan edilib. Artıq Cənubi Koreya şirkəti bununla bağlı hesabat da dərc edib. 

 

Mütəxəssislər “Samsung Galaxy S7 Edge”ni korpusunun dizaynına, yüksək keyfiyyətinə və əla kamerasına görə xüsusi qeyd ediblər.

 

Xatırladaq ki, yeni “Samsung Galaxy S8” və S8+ smartfonları martın 20-də ictimaiyyətə təqdim edilməlidir.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017