Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hər ay 55 milyon insan “Minecraft” oyunu oynayır 

“Microsoft” korporasiyasına məxsus “Mojang” studiyası tərəfindən tərtib edilən “Minecraft” hələ də həddindən artıq populyar oyun olmaqda qalır. 

İKT.lent.az-ın “informing.ru” saytına istinadən məlumatına görə, tərtibatçılar tərəfindən dərc edilən statistikaya əsasən, hazırda hər ay 55 milyon insan “Minecraft” oyununu oynayır. 

Bununla belə, “life.ru” saytı bildirir ki, “Mojang” studiyası özünün “Twitter” akkauntunda müvafiq statistik məlumatlar dərc edib, ancaq oyunçuların konkret olaraq hansı oyun platformaları arasında necə bölüşdüyünü dəqiqləşdirməyib.  

Aylıq auditoriyadan başqa, “Mojang” əməkdaşları hesablayıblar ki, bu müddət ərzində 122 milyondan artıq “Minecraft” oyunu nüsxələrinin satışı həyata keçirilib. Çünki “Minecraft” oyununun lisenziyalı oyunçularından başqa, elələri də var ki, bu oyunu pirat serverlərdə oynayır. Yəni oyunun real populyarlığı daha yüksəkdir.

Maraqlısı budur ki, “Minecraft” oyununun mobil platformalardakı satışları ənənəvi oyun cihazları və masaüstü kompüterlərdən daha böyük göstəricilərə malikdir. Bununla belə, belə bir tendensiya bütün dünyadan olan oyunçular arasında qeyd edilir. 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017