Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu prezidentin “YouTube”da 100 min izləyicisi var -

İndoneziya prezidenti Coko Vidodo sosial şəbəkələrin fəal istifadəçisidir.

İKT.lent.az-ın “Mashable” nəşrinə istinadən məlumatına görə, bu günlərdə “YouTube”da onun səhifəsini bəyənənlərin sayı 100 min nəfəri keçib. 

C.Vidodo 2015-ci ildə özünə “YouTube” kanalı yaradıb və o zamandan bəri fəaldır. Orada özünün rəsmi və qeyri-rəsmi görüşlərini dərc edir, boş vaxtında gördüyü işlər və necə qidalandığı barədə də danışır. Bu günlərdə o, “YouTube Play Button” mükafatını alıb. Bu mükafat kanalının izləyici sayı 100 min nəfəri keçən insanlara verilir. 

Bundan başqa, Coko Vidodo “Instagram”da da səhifəyə sahibdir ki, onu burada 3 milyon insan oxuyur və izləyir. Müqayisə üçün bildirək ki, Kanadanın baş naziri Castin Tryudonun akkauntunu isə 969 min izləyici izləyir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017