Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünya trafikində spamın həcmi 58 faizi keçib

“Kasperski Laboratoriyası”nın elmi əməkdaşları bildiriblər ki, dünya trafikində spamın payı 58,3 faiz təşkil edir. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, 2015-ci ilin göstəricisi ilə müqayisədə onun həcmi 3,03 faiz artıb. Müvafiq təhlilin nəticələri şirkətin rəsmi saytında dərc edilib. 

Mütəxəssislər əsas diqqəti ona yönəldib ki, 2009-cu ildən bəri dünya trafikində spamın payı artıb. Buna qədər isə göstəricilər ancaq müsbət tendensiya nümayiş etdirirdi. 

Qeyd edək ki, 2009-cu ildə spamın payı 85 faizə çatıb və bundan sonra tədricən azalıb. 2015-ci ildə mütəxəssislər onu 59,62 faiz qeydə alıblar. Ancaq pik noyabr ayında olub və 61,66 faizə çatıb. 2016-cı ilin nəticələrinə görə 58,3 faiz təşkil edib ki, bu da əvvəlki analoji hesabat dövrünün göstəricilərindən 2,03 faiz çoxdur. 

“Kasperski Laboratoriyası”nda qeyd ediblər ki, spamın yaranmasının əsas mənbəyi ABŞ-dır. Məhz bu ölkədə bu göstərici kritik həddə çatır. Oradan gələn göndərişlər dünya trafikinin 12,98 faizini təşkil edir. 

Bu reytinqdə ABŞ-dan sonra 10 faiz göstərici ilə Vyetnam yerləşib. Rusiyadan isə bütün ziyanverici məktubların cəmi 3 faizi göndərilir.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017