Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Digitimes Research”: Bu rüb noutbukların satışı artacaq

2016-cı ilin dördüncü rübündə noutbuk tədarükü 40 milyon ədədi keçib.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz azdır.

Bundan başqa, Tayvanın ODM istehsalçıları hətta mövsümi faktordan istifadə edərək bir qədər artım əldə ediblər, bununla da ABŞ və Avropa ölkələrində tələbatın artımını təmin ediblər. Cari rübdə “Digitimes Research” şirkətinin analitikləri dünya bazarında noutbuk tədarükünün artacağını gözləyirlər.

Rübün nəticələrinə görə, iri noutbuk tədarükçüsü “Hewlett-Packard” (HP) şirkəti elan edilib. Onun göstəriciləri gözlənilənlərdən yüksək olub ki, bu da ikinci yerdə olan “Lenovo” şirkəti ilə arasında olan satış göstəricisini 2 milyon ədədə qədər artırmağa imkan verib. Üçüncü yeri isə “Dell” şirkəti tutur.

LENT

26 Sentyabr 2017
25 Sentyabr 2017
23 Sentyabr 2017
22 Sentyabr 2017