Bu bölmə Bakcell tərəfindən təqdim olunur

O dünyadan Wi-Fi ilə yayım apardı

Şimali İrlandiyadan olan yaşlı kişi narkotik asılılığı olan, depressiyadan əziyyət çəkən və ya intihara meyli insanlara kömək etmək məqsədilə performans nümayiş etdirmək qərarına gəlib.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, kişi özünü içində Wi-Fi olan qəbirdə diri-diri basdırıb və “o dünyadan” yayım aparıb. 

Bununla da təqaüdçü müəyyən kateqoriyalı insanlara nə qədər ki, özləri o biri dünyaya getməyiblər, qəbirdəki şəxslə ünsiyyət imkanı yaratmaq istəyib. Performansın uğurlu keçməsi üçün kişi özü ilə video kamera, təmiz paltar, yemək, stolüstü lampa, dizi mövzularda kitablar da götürüb. Həmçinin qəbirdə Wi-Fi də olub. 

Maraqlıdır ki, bu, ilk belə təcrübə deyil. Bundan əvvəl də rusiyalı blogger Qabar “diri-diri basdırılan” rolunda çıxış edib. Acaq o, özünün fiziki və mənəvi dözümlüyünü yoxlayıb.

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017