Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" abunəçiləri üçün “Instagram” pulsuz oldu

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz abunəçiləri üçün növbəti unikal internet təklifini təqdim edir.

 

İKT.lent.az-ın xəbərinə görə, bundan sonra smartfonu olan bütün "Bakcell" abunəçiləri eksklüziv "Instagram" paketləri ilə “Instagram”dan pulsuz istifadə edəcəklər. Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün təklif olunur.

 

Yeni "Instagram" paketlərinə internetdə istənilən məqsədlər üçün istifadə olunan əsas trafik həcmi (MB) və xüsusi bonus - "Instagram" istifadəsi üçün pulsuz trafik daxildir. “Instagram”dan pulsuz istifadə üçün verilən trafik həcmi (MB) əsas internet həcminə bərabər olacaq və abunəçilərə əsas trafikdən istifadə etmədən müxtəlif şəkil və videolar yükləməyə və xəbər lentini nəzərdən keçirməyə imkan verəcək.

 

Əsas paketdə təqdim edilən trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı 0.05 AZN təşkil edəcək.

 

Yeni paketlərin üstünlükləri və aktivləşdirmə kodları aşağıdakı cədvəldə əks olunub:

Əsas paket

Instagram trafiki

Aktivləşdirmə kodu

Qiymət (ƏDV daxil)

1 GB

+ 1 GB

*134*11#YES

6 AZN/aylıq

2 GB

+ 2 GB

*134*22#YES

8 AZN/ aylıq

3 GB

+ 3 GB

*134*33#YES

10 AZN/ aylıq

5 GB

+ 5 GB

*134*55#YES

12 AZN/ aylıq

 

iOS, Android, Windows, Blackberry və digər əməliyyat sistemləri ilə çalışan bütün smartfon istifadəçiləri yuxarıdakı təklifdən faydalana bilər. Qiymətlərə bütün müvafiq vergilər daxildir.

 

Yeni "Instagram" trafikini yoxlamaq üçün "Bakcell" abunəçiləri sadəcə *134*559#YES yığmalıdır. Onlar həmçinin *134*555#YES yığmaqla paketi yenidən əldə edə və ya *134*0#YES yığmaqla xidməti deaktivasiya edə bilər.    

 

Abunəçinin balansında kifayət qədər məbləğ olduğu halda, yeni “Instagram” paketləri hər ay avtomatik qaydada yenilənəcək.  

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017