Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Spotify”nin ödənişli istifadəçilərinin sayı 50 milyon nəfəri keçdi

“Spotify” striminq musiqi xidmətinin ödənişli abunəçilərinin sayı yarım il ərzində 25 faiz artaraq 500 milyon nəfərə çatıb. 


İKT.lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir. 

Sentyabrda “Spotify”nin ödənişli abunəçilərinin sayı 41 milyon nəfər təşkil edirdi. Eyni zamanda xidmətin ümumi auditoriyasının sayı 100 milyon nəfər olub. “Spotify”nin əsas rəqibi hesab olunan “Apple Music” əlavəsinin abunəçilərinin sayı dekabrda 20 milyon olub.

 

“Techcrunch” portalının mənbəyinə əsasən, “Spotify” Nyu-York fond birjasında səhmlərin kütləvi satışa çıxarılmasını (İPO) 2018-ci ilə qədər təxirə sala bilər. Şirkətin qiyməti isə 11 milyard dollardan 13 milyard dollara qədər arta bilər.

LENT

24 İyul 2017
22 İyul 2017
21 İyul 2017
20 İyul 2017