Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Ağıllı” telefonlar 20 dəqiqə ərzində enerji ilə tam dolacaq

Çinli telefon istehsalçıları dünya telefon bazarını təəccübləndirməkdə davam edirlər. Onların təqdim etdikləri dizayn və yeniliklər texnologiya nəhənglərinə sanki dərs verir.

 

İKT.lent.az-ın xəbərinə görə, telefon istehsalı ilə məşğul olan “Meizu” şirkəti sürətli enerji təminatı texnologiyası sahəsində mühüm işlər aparır. Belə ki, şirkət artıq “Super mcharge” sürətli doldurma texnologiyasını təqdim edib.

 

Cihaz bir “ağıllı” telefonu 20 dəqiqəyə tam enerji ilə təchiz edir. Texnologiya şirkətlərinin diqqət mərkəzində olan “Super mcharge”in hansı telefonlar üçün nəzərdə tutulduğu hələlik bəlli deyil. Cihazın bu ilin sonu və ya gələn ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.

 

Şirkətin rəhbərliyinin sözlərinə görə, hazırda “Super mcharge”in sınaq mərhələsi uğurla davam etdirilir.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017