Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyada ən populyar messencerlərin adı açıqlandı

“WhatsApp” və “Viber” mobil rabitə operatorları arasında ən populyar messencer elan edilib. 

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, ən populyar və daha çox istifadə olunan “WhatsApp” olub. 2016-cı ilin nəticələrinə görə, bu messencerdən ünsiyyət üçün “Bilayn” istifadəçilərinin 69 faizi və “Meqafon” istifadəçilərinin 48 faizi istifadə ediblər.

İkinci yeri “Viber” tutur. Onun payına “Bilayn” istifadəçilərinin 46 faizi və “Meqafon” istifadəçilərinin 40 faizi düşür.

 

Ötən ilin nəticələrinə görə, “Skype” messenceri üçüncü yerdə qərarlaşıb. “Meqafon” abunəçilərinin təxminən 18, “Bilayn” istifadəçilərinin 39 faizi isə bu proqramdan istifadə edirlər. 

Ən qeyri-populyar və az istifadə olunan messencer isə “Telegram” olub. Bu messencerin istifadə göstəricisi 10 faiz həddini belə keçməyib. 

Qeyd edək ki, bu məlumatlar Rusiyanın ən populyar mobil rabitə operatorları tərəfindən təqdim edilib. MTS şirkəti isə öz müştəriləri tərəfindən istifadə olunan messencerlərin statistikasını təqdim etməkdən imtina edib.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017