Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook Messenger”də “dislike” düyməsi olacaq

Ötən il “Facebook” sosial şəbəkəsinin istifadəçiləri dərc olunan şərhlərə yalnız “Bəyəndim” düyməsi ilə deyil, həmçinin 5 əlavə “Reaksiya” adlandırılan emosiyalarla reaksiya vermək imkanı əldə ediblər.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, “Bəyənmədim” düyməsi siyahıda olmayıb.

Məlum olub ki, hazırda “Facebook” özünün “Messenger” əlavəsində analoji funksiyanı sınaqdan keçirir. Əsas yeniliklərdən biri yeddinci reaksiya olacaq “Dislike” (“Bəyənmədim”) düyməsi olacaq. 

“Facebook” rəsmisi yeni funksionallığın sınaqdan keçirilməsi faktını təsdiqləyib. Bu funksiya hələlik müəyyən istifadəçilər arasında əlçatandır. Ancaq yaxınlarda bu funksiya bütün istifadəçilər üçün istifadəyə veriləcək.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017