Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycan dilli Vikipediya bir pillə irəlilədi

Vikipediya virtual ensiklopediyasının Azərbaycan dilində olan bölməsində hazırda 115 214 məqalə var.

 

İKT.lent.az-ın xəbərinə görə, 2014-cü il mart ayının 25-də Azərbaycan dilində Vikipediyada məqalələrin sayı “100 000”-i keçib və beləliklə, bu layihə Vikipediyanın “10 000+” bölməsindən “100 000+” bölməsinə adlayıb.

 

Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə olan məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Bu aktivliyin yaranmasında azərbaycanlı idarəçilərin, eyni zamanda Vikipediyanın könüllü istifadəçilərinin fəaliyyətinin mühüm rolu var. Məhz bunun nəticəsidir ki, hazırda vikipediya məqalələrinin yaradılması ilə bağlı reytinq cədvəlində Vikipediyanın Azərbaycan dilində olan bölməsi 2017-ci il mart ayının 1-də 56-cı pilləyə çatıb.

 

Qeyd edək ki, hazırda Vikipediya virtual ensiklopediyası 295 dildə fəaliyyət göstərir. Bu göstəriciyə görə Azərbaycanca Vikipediya tailandca Vikipediyanı bir pillə üstələyib.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst Elektron Resurslarla iş şöbəsinin əməkdaşları da Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə Vikipediya ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.

LENT

27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017