Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2016-cı ildə qarətçi əlavələrin sayı 752 faiz artıb

“Trend Micro İnc.” şirkəti 2016-cı ildə kiberhücumları öyrənən araşdırma aparıb.

İKT.lent.az-ın “iLenta.com” saytına istinadən məlumatına görə, araşdırmanın nəticələrindən məlum olub ki, 2016-cı ildə ümumi kiberhücumların sayı texnologiyanın inkişafı tarixində rekord həddə çatıb.

Mütəxəssislər bildirib ki, ən çox kiberhücumdan iri korporasiyalar əziyyət çəkib və 2016-cı ildə onlara kiberhücumlardan vurulan ümumi zərərin həcmi 1 milyard dolları ötüb. 

Daha böyük ziyanı elektron poçt fırıldaqçılığı vasitəsilə həyata keçiriblər. Bu növ kiberhücumlardan ziyanın həcmi 140 milyon dollar təşkil edib. Maraqlıdır ki, 2016-cı ildə şəbəkədə hərəkət edən qarətçi əlavələrin sayı 752 faiz artıb. 

“Trend Micro Inc” şirkəti vurğulayır ki, 2015-cı ilin daha iri kiber hücumlarından biri “Yahoo!” xidmətinin istifadəçilərinin akkauntlarına edilən hücumlardır. Vətəndaşların məlumat və şifrələrinə çıxış əldə etmək üçün cinayətkarlar təxminən bir il müddətində saxta “cookie”-fayllar yaradıblar.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017