Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hakerlər Qazaxıstan Təhsil Nazirliyinin saytını dağıtdı

Qazaxıstanın Təhsil Nazirliyinin saytı naməlum hakerlər tərəfindən sındırılıb. 

İKT.lent.az-ın RİA “Novosti” agentliyinə istinadən məlumatına görə, ehtimal edilir ki, onlar xarici serverlərdən hücum ediblər. 

Bildirilir ki, hücumlar bazar günü, martın 5-də gecə baş tutub. Növbəti günün naharına isə saytın fəaliyyəti bərpa edilib. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu sındırılma təhsil və elmin inkişafı üzrə dövlət proqramını qəsdən gözdən salmaq üçündür.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017