Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei”: Smartfonların 4 GB-dan artıq yaddaşı olmamalıdır

Müasir smartfonlar 4 GBaytdan artıq əməliyyat yaddaşı ilə təchiz edilməməlidir. 
 
İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, belə bir bəyanatla “Huawei” korporasiyasının meneceri Lao Şi çıxış edib. 
 
Bugünkü gün əksər güclü cihazlar 6Gbayt əməliyyat yaddaşa malikdirlər. “Samsung” və “SK Hynix” kimi brendlər isə 8 GB yaddaşa malik smartfonlar təqdim edə biliblər. “Huawei”yə gəldikdə, bu gün daha çox böyük yaddaşhəcmi 6 Gbayta çatır. Mütəxəssis misal olaraq “Honor V9” smartfonunun adınmı çəkib.
 
Buna baxmayaraq, Lao Şi bildirib ki, daha optimal olanı 4Gb yaddaşa malik olanlardır. Belə həcmə malik olan smartfonlar bütün standar əməliyyatlardan istifadə edən istifadəçilərə lazımdır. Bundan başqa, belə cihazlar daha cəld işləyir ki, bu da sınaqlarla sübut edilib. Telefon seçərkən daha böyük tutumla cəld işləməsini gözləmə dəyməz.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017