Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Lenovo” əfsanəvi “Motorola” modelini geri qaytarır

Ötən həftə Barselonada keçirilən MWC 2017 sərgisi zamanı “Nokia” brendi altında mobil telefon istehsal etmək hüququna malik “HMD Global” şirkəti əfsanəvi “Niokia 3310” smartfonunun yenidən istehsal edəcəyini elan edib. 

İKT.lent.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, “Lenovo” şirkətinin rəhbəri Yan Yuantsin bildirib ki, bu yaxınlarda ABŞ-ın “Motorola” şirkətini əldə edən Çin şirkəti də “Motorola”nın əfsanəvi modellərindən biri olan “RAZR V3”-ü “diriltmək” niyyətinə düşüb.

Xatırladaq ki, “Motorola RAZR V3” 2004 və 2005-ci illərdə ən satılan telefon olub. Bu model cihazın ümumi satış sayı 130 milyon ədədi keçib. 

Buna baxmayaraq, fevralın 22-də “Lenovo” şirkəti bildirib ki, “Motorola” brendi altında smartfonların istehsalını dayandırır və “Lenovo Moto” brendinə keçir. “MWC 2017” sərgisində “Lenovo”nun mobil bölməsinin prezidenti Aymar de Lanksen bildirib ki, bununla belə, bu adda cihazlar yenə də istehsal olunacaq. Həmçinin ZUK cihazlarının istehsalı da davam etdiriləcək.

Əfsanəvi açılıb-bağlanan modelin yeni qayıtmasına işarələr daha əvvəllər də var idi. “YouTube”da rəsmi “Moto” adlanan kanalda 2016-cı ilin may ayında yerləşdirilmiş və “Motorola RAZR V3”-ün geri qayıdacağına işarə edən video hələ də qalmaqdadır. 

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017