Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Fransa elektron səsvermədən vaz keçdi

Fransa hökuməti iyun ayında keçiriləcək parlament seçkilərində elektron səsvermə üsulundan vaz keçməyə qərar verib.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb. Səbəb kiberhücum təhlükəsinin artması ilə əlaqədardır.  

 

Elektron səsvermə xaricdə yaşayan fransızlar üçün nərədə tutulub. İlk dəfə bu üsul 2012-ci ilin parlament seçkilərində ölkə xaricindəki seçki məntəqələrindən birində tətbiq edilib və uğurlu olub. Ölkə ərazisində isə elektron səsvermə keçirilmir.


Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdə yaşayan fransızların işləri üzrə dövlət katibi Mattias Fekl bildirib ki, qərar İnformasiya sistemlərinin təhlükəsizliyi üzrə Milli Agentliyin tövsiyəsi əsasında qəbul olunub. Agentlik kiberhücum riskinin çox yüksək olduğunu düşünür.

LENT

27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017