Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ötən rüb 40 milyondan çox noutbuk satılıb

2016-cı ilin dördüncü rübünün nəticələrinə görə, dünya üzrə noutbukların tədarükü 40 milyon ədədi keçib. 

İKT.lent.az-ın Tayvanın "DigiTimes" internet nəşrinə istinadən məlumatına görə, ötən il satışların azalması cəmi 1,2 faiz təşkil edib.

Ötən rüb Tayvanın ODM istehsalçıları ABŞ və Avropa bazarlarında yüksək tələbatın olması sayəsində noutbuk tədarükünün artmasına nail olublar. 2017-ci ilin birinci rübündə noutbuk satışlarının artımı davam edəcək. Buna səbəb “Microsoft” korporasiyanın yeni “Windows” lisenziyalaşdırılma proqramının işə salınması və müəssisələr arasında “Windows 10” əməliyyat sisteminin populyarlaşması olub. 

2016-cı ilin dördüncü rübündə dünya bazarında noutbukların satış lideri ABŞ-ın “Hewlett-Packard” (HP) şirkəti olub. Onlar istər istehlakçı, istərsə də korporativ sektorda tədarük üzrə lider olub. 

İkinci yerdə Çinin “Lenovo” şirkəti qərarlaşıb. Bu şirkət bu rüb HP ilə arada olan fərqi Çin yeni ili sayəsində azalda biləcək.

 

İstehsalının həcminə görə üçüncü ən böyük şirkət “Dell” olub. “Digitimes Research” şirkətinin analitikləri 2017-ci ilin birinci rübündə bu şirkətin tədarükünün azalacağını ehtimal edirlər. 

Tayvanın “Asus” və “Acer” şirkəti də noutbuklara olan tələbatın mövsümi azalmasından əziyyət çəkəcəklər. Eyni anda yeni “MacBook Pro”ya tələbat yüksək qalacaq. “Apple” bu rüb noutbukların istehsalında həcmləri azaltmağı planlaşdırmır.

LENT

29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017