Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” ən populyar mobil əlavələri elan etdi

“Play Store Google” 5 illiyi münasibətilə ən populyar mobil əlavə və oyunların siyahısını dərc edib.  

İKT.lent.az-ın “Mashable” nəşrinə istinadən məlumatına görə, ilk iki yeri, gözlənildiyi kimi, “Facebook” və “Facebook Messenger” tutublar. Üçüncü yerdə isə “Pandora Radio” internet radiosu qərarlaşıb. 

Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq “Instagram” və “Snapchat” əlavələri tutublar. 

Ayrıca bir siyahıya isə ən populyar oyunlar daxil edilib. İlk beş yeri “Candy Crush Saga”, “Subway Surfers”, “Temple Run 2”, “Despicable Me” və “Clash of Clans” kimi hitlər tutublar. 

LENT

22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017