Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ kəşfiyyatının məxfi məlumatlarını kim sızdırıb?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) internetə sızan materialları ilə bağlı araşdırma aparır.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hələ ötən ilin sonunda xüsusi xidmət orqanı məxfi məlumatların sızdığından şübhələnib. “WikiLeaks”ın bu günlərdə CİA arxivindən 8700-dən çox materialı yayması ilə bu şübhələr təsdiqini tapıb. Məlum olub ki, CİA telekommunikasiya cihazlarını, o cümlədən “iPhpone”, eləcə də “Android” və “Windows” əməliyyat sistemləri ilə çalışan cihazları “sındırmaq” üçün qlobal proqrama malik olub.

 

Dərc olunan materiallar 2013-2016-cı il tarixlidir və CİA ilə müqavilə əsasında əməkdaşlıq edən şirkətlərin əməkdaşları vasitəsilə “WikiLeaks”in əlinə keçdiyi güman olunur. Hazırda xüsusi xidmət orqanları bu şirkətlərin hansı əməkdaşlarının məxfi məlumatlara çıxışının olduğunu araşdırır. Həmin şəxslərin parolları, elektron yazışmaları yoxlanılır.


Məlumatların müqaviləli işçilər tərəfindən yayılması versiyası rusiyalı hakerlərin arxivlərə müdaxilə versiyasından daha ağırlıqdadır.

“Reuters”ə məlumat verən mənbə bunu belə izah edir ki, bu işi Rusiya xüsusi xidmət orqanları etmiş olsaydılar, onlar əvvəlcə bu sənədləri öz maraqları naminə istifadə edərdilər.

 

“WikiLeaks”dən deyiblər ki, CİA öz arxivi üzərində nəzarəti itirib və indi arxiv dövlətə işləmiş hakerlər və müqaviləli işçilər üçün açıqdır və məhz onlardan biri materialları sayta yollayıb.

 

Ağ Ev sızıntıdan ciddi narahatlığını ifadə edib. “Məxfi məlumatların sızdırılmasına aidiyyəti olan istənilən şəxs qanunun bütün ciddiyyəti ilə cavab verəcək”, - deyə prezidentin sözçüsü Şon Spayser bildirib.

 

Qeyd edək ki, CİA ilə əməkdaşlıq edən təşkilatların işçiləri daha əvvəl də gizli bilgilərin sızdırılmasında rol oynayıblar. Belə ki, məşhur Edvard Snouden və Harild Martin “Booz Allen Hamilton” konsaltinq firmasının əməkdaşları kimi Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatlarına çıxış əldə ediblər.

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017