Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung” ABŞ-da yarım milyon iş yeri açacaq

Cənubi Koreyanın “Samsung” şirkəti ABŞ-da istehsala iri investisiya yatırmağı planlaşdırır. 
 
İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat verib.
 
İlkin investisiyalar 300 milyon dollar təşkil edəcək. “Samsung” məişət texnikası istehsalının bir hissəsini Meksikadan ABŞ-a köçürməyi planlaşdırır. Beləliklə, şirkət ABŞ-da təxminən 500 min yeni iş yeri yarada bilər.
 
Mənbənin məlumatına görə, “Samsung”un ABŞ-da istehsal yaratmaq həvəsi Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra yaranıb. Belə ki, Tramp bütün şirkətləri ABŞ-da yeni iş yerləri yaratmağa çağırıb. 
 
“Samsung”un nümayəndəsi CNBC telekanalına bildirib ki, şirkət ABŞ-da məişət texnikası istehsalı müəssisəsinin yaradılması ilə bağlı ilkin danışıqlar aparır. 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017