Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfon bazarının şəriksiz lideri - “Apple”

“Strategy Analytics” şirkətinin qiymətləndirməsinə əsasən ötən il dünya üzrə smartfon bazarı 53,7 milyard dollar gəlir əldə edib.
 
İKT.lent.az-ın “The Korea Herald”a istinadən verdiyi məlumata görə, bu miqdarın 44,9 milyard dolları “Apple”ın payına düşüb. Analitiklər “Apple”ın istehsal xərclərini azaldaraq öz məhsullarını yüksək qiymətə satmaq bacarığını xüsusi qeyd edirlər.  
 
“Samsung Electronics” ötən il smartfon bazarında 8,3 milyon dollar gəlirlə 14,6 faiz paya sahib olub. 1,6 faiz payla üçüncü yeri “Huawei” şirkəti tutub. Onun ardınca isə “Oppo” və “Vivo” şirkətləri gəlir ki, onlar da müvafiq olaraq 1,5 və 1,3 faiz bazar payına malikdir.
 
Qeyd edək ki, ötən ilin dördüncü rübündə “Apple” dünya smartfon bazarı üzrə gəlirlərin 92 faizini əldə edib. “Strategy Analytics” şirkətinin yeni məlumatları isə göstərir ki, bütün 2016-cı il ərzində dünya smartfon bazarının 79,2 faizi “Apple”a məxsus olub.

LENT

27 Mart 2017
24 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017