Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S8”in qiyməti və rəngləri açıqlandı

İnternetdə bu ay təqdimatı gözlənilən yeni “Samsung Galaxy S8” smartfonunun qiyməti və rəngləri barədə məlumat yayılıb. 
 
İKT.lent.az-ın xəbərinə görə, mobil bazarın analitiki Roland Kvandt özünün “Twitter” səhifəsində bildirib ki, “Samsung Galaxy S8” smartfonunun baza modelinin qiyməti 845 dollar, S+ variantının qiyməti isə 950 dollar olacaq. Lakin digər məlumata əsasən qiymətlər müvafiq olaraq 799 və 899 dollar təşkil edəcək.
 
Cihaz üç rəngdə - qara, bənövşəyi və gümüşü rəngdə buraxılacaq. İlk rəsmi təqdimat martın 29-da Nyu-Yorkda keçiriləcək. KİV nümayəndələri məlumat əldə ediblər ki, qapalı təqdimatı artıq Barselonada keçirilən dünya mobil sərgisində baş tutub. 
 
Smartfonun müvafiq olaraq 5,8 və 6,2 ölçülü və kənarları əyilmiş AMOLED-displeylə təchiz olunduğu bildirilir. Cihaz şüşədən deyil, alüminiumdan hazırlanıb ki, bu da onun dözümlüyünü artırır. Smartfonun sınaqdan keçirilməsi üçün bir neçə mobil operator şirkətinin nümayəndələri dəvət olunub. Onlar məlumatları yaymamaq üçün xüsusi sənəd imzalayıblar.

LENT

24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017