Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Yeni “iPad Pro”nun qiyməti bilindi

“Apple” korporasiyası bu ilin aprelində yeni “iPad Pro”nu təqdim etməyə hazırlaşır. 
 
İKT.lent.az-ın məlumatına görə, bu barədə Qərb mediası tədarükə hazırlaşan riteylerlərlə istinadən yazır. 
 
İlkin xəbərlərə əsasən “Apple iPad Pro” istehsala tam hazırdır. Təxmin edilir ki, onun təqdimatı aprelin 4-də baş tutacaq. Bundan sonra planşet dərhal mağazalara göndəriləcək. 
 
Yeni planşetin qiyməti köhnə modeldən 1,5 dəfə yuxarı olacaq. Bu, onunla izah edilir ki, cihazın texniki xüsusiyyətləri yaxşılaşdırılıb. 
 
“Apple iPad Pro”nun ABŞ-da satış qiyməti təxminən 299 dollar olacaq. 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017